ECON Group 2021-ci ildə tikinti və sənaye layihələri üçün peşəkar scaffolding xidmətləri göstərmək məqsədilə təsis edilmişdir. Şirkət fəaliyyətini layihə-əsaslı yanaşma, təhlükəsizlik və texniki intizam prinsipləri üzərində qurur.
Biz müxtəlif miqyaslı obyektlər üçün scaffolding sistemlərinin planlaşdırılması, quraşdırılması, texniki nəzarəti və təhvil verilməsini həyata keçiririk. Hər layihəyə sahənin xüsusiyyətləri, hündürlük və yük tələbləri, eləcə də iş təhlükəsizliyi riskləri nəzərə alınaraq yanaşılır.
ECON Group layihələrində Layher scaffolding sistemlərindən istifadə edir. Bu sistemlər modulyar quruluşu, yüksək daşıma qabiliyyəti və çevik montaj imkanları ilə sənaye və tikinti sahəsində ən etibarlı həllərdən biri hesab olunur. Layher sistemləri beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğu ilə risklərin minimuma endirilməsinə imkan yaradır və xüsusilə sənaye obyektləri üçün optimal seçimdir.
Şirkətimiz lokal bazarda fəaliyyət göstərməklə yanaşı, Avropada fəaliyyət göstərən bir neçə ixtisaslaşmış şirkətlə əməkdaşlıq edir. Bu əlaqələr beynəlxalq təcrübənin və müasir texniki yanaşmaların iş proseslərimizə tətbiq olunmasına şərait yaradır.
Bu gün ECON Group tikinti və sənaye layihələri üçün etibarlı scaffolding tərəfdaşı kimi fəaliyyət göstərir və hər layihəni planlı, təhlükəsiz və məsuliyyətlə icra edir
Hər layihə obyektə baxış və texniki analizlə başlayır. Sahənin konstruktiv xüsusiyyətləri, giriş imkanları, hündürlük və yük tələbləri, eləcə də potensial təhlükəsizlik riskləri dəyərləndirilir. Bu məlumatlar əsasında layihəyə uyğun scaffolding sistemi seçilir, iş qrafiki və təhlükəsizlik planı əvvəlcədən hazırlanır.
Scaffolding konstruksiyaları təcrübəli komandamız tərəfindən Layher sistemləri əsasında quraşdırılır. Montaj prosesi texniki normalara, iş təhlükəsizliyi qaydalarına və obyektin spesifik tələblərinə tam uyğun şəkildə həyata keçirilir. Məqsəd təhlükəsiz giriş, stabil konstruksiya və fasiləsiz iş şəraitinin təmin olunmasıdır.
Quraşdırma işləri başa çatdıqdan sonra scaffolding sistemləri yoxlanılır və layihə sifarişçiyə təhvil verilir. İstismar müddətində konstruksiyaların təhlükəsizliyini və uyğunluğunu təmin etmək üçün texniki nəzarət və monitorinq həyata keçirilir.